Tramp: Koronavirus statistikası şişirdilib

Tramp: Koronavirus statistikası şişirdilib

ABŞ-da 21 113 528 yoluxma və 360 078 ölüm halı qeydə alınıb.

Rasthaber Azərbaycan RT-a istinadən xəbər verir ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp hesab edir ki, ölkəsində koronavirusa yoluxma və ondan ölüm halları ilə bağlı səsləndirilən rəqəmlər Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (XNPM) “yöndəmsiz” metoduna görə olduqca şişirdilib.

“ABŞ-da Çin virusundan (Tramp COVID-19-u bu cür adlandırır – red.) ölənlərin və ona yoluxanların sayı XNMP-ın yöndəmsiz metodlarına görə, digər ölkələrlə müqayisədə, olduqca şişirdilib”, – deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək ABŞ-da 21 113 528 yoluxma və 360 078 ölüm halı qeydə alınıb.

Xəbəri paylaş

VİDEOLAR