Tramp Konqress binasına hücumda ittiham olunur

Tramp Konqress binasına hücumda ittiham olunur

ABŞ-ın sabiq prezidenti Donald Tramp 6 yanvarda "Konqresə hücumda birbaşa günahkar" olmaqda ittiham olunub.

Rasthaber Azərbaycan xəbər verir ki, ittiham aktı gələn həftə Senatda başlayacağı gözlənilən impiçment məhkəməsindən əvvəl ictimaiyyətə təqdim edilib.

Ölkə mediasında əks olunan ittiham aktına görə, Tramp qanlı Konqres basqınında kütləni "üsyana təhrik etmək" və daha sonra baş verən zorakılığa da "birbaşa cavabdeh" olmaqda günahlandırılıb.

Senatdakı impiçment məhkəməsində Trampa qarşı prokuror kimi çıxış edəcək Demokrat vəkillər tərəfindən hazırlanan iddianamədə Trampın konstitusiyanı pozduğuna görə günahkar qəbul edilməsi və vəzifəsindən azad edilməsinin lazım olduğu irəli sürülüb. 

İddianamədə "Prezident Trampın hərəkəti ən açıq şəkildə qəbuledilməz elan edilməlidir. Onun hərəkətləri konstitusiya quruluşunu və müdafiə etdiyimiz əsas azadlıqları təhdid etdi." ifadələri yer alıb.

İmpiçment məhkəməsinin təqviminə əsasən, həmin iddianaməyə qarşı Trampın vəkillərinin də əks-müdafiə hazırlaması və həftənin əvvəlinə kimi təqdim etmələri gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR