Tramp KİV-ə: Ona elə asan suallar verirsiz, elə bil uşağdır...

Tramp KİV-ə: Ona elə asan suallar verirsiz, elə bil uşağdır...

ABŞ prezidenti Donald Tramp jurnalistləri tənqid edib

Rasthaber xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ-lı jurnalistləri onun qarşıdan gələn seçkilərdəki rəqibi Cozef Baydenə olduqca bəsit suallar verməkdə ittiham edib.

“Baydenə verilən suallar, sanki, böyük insana yox, uşağa ünvanlanıb. İstənilən şəxs belə suallara cavab verə bilər”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, jurnalistlər Baydenlə rəftarda özlərini mehribancasına aparırlar və hər zaman gülürlər.

“Mənə gəldikdə isə, özünüzü burada elə aparmırsınız”, – deyə Tramp əlavə edib.

Xatırladaq ki, ABŞ-da 2020-ci il 3 noyabrda prezident seçkiləri baş tutacaq.

Xəbəri paylaş

VİDEOLAR