Tramp İrana təşəkkür etdi

Tramp İrana təşəkkür etdi

ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində bu haqda yazıb

Rasthaber Azərbaycan "İslamazeri.com"a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində ABŞ və İran arasında məhbus dəyişikliyini müsbət qarşılayıb.

Belə ki o tvitter səhifəsində "...Birləşmiş Ştatlara! Mən vəzifəyə başladığım gündən 40-dan çox Amerikalı girov və məhbusu evə gətirdik. İrana təşəkkür edirəm, bir razılaşmanın mümkün olduğunu göstərir!"

ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uayt İrana adi vətəndaş kimi səfər edərkən, fərdi məsələlərə görə həbs olunmuşdu. Bundan sonra ABŞ onun azad olunmasını tələb etsə də, İran ancaq ABŞ-dakı iranlı məhbuslarla dəyişiklik metodu ilə azad olunmasını müxtəlif yollarla açıqlamışdı.

Casusluqda və sanksiya rejimini pozmaqda ittiham edilərək 16 ay müddətində ABŞ-da həbs edilən iranlı həkim Məcid Taheri, həmçinin casusluqda ittiham olunan və  sanksiya rejimini pozmaqda ittiham edilərək ABŞ-da həbs edilən iranlı professor Sirus Əsgəri  azadlığa buraxılıb.

Xəbəri paylaş

VİDEOLAR