Tramp insanları bir araya gətirməyə qadir olan prezident deyil

Tramp  insanları bir araya gətirməyə qadir olan prezident deyil

Bu haqda Amerika Sahibkarlıq İnstitutundan Norman Ornşteyn danışıb

Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, son üç həftədir Birləşmiş Ştatlarda afroamerikalı Corc Floydun polis nəzarətində ölümündən sonra etiraz nümayişlərinin davam etdiyi vaxt prezident Donald Tramp yenidən Twitter sosial şəbəkəsində bölünməni gücləndirdiyi və polis zorakılığını təriflədiyi kimi qəbul edilən tvitlər bölüşüb. ABŞ prezidentinin hüquq-mühafizə orqanları ilə bağlı sosial mediada yazıları ölkə boyu afroamerikalıların icması ilə bağlı anlaşmanın nümayiş etdirildiyi vaxta təsadüf edir.

Nyu York ştatında Baffoloda 75 yaşlı kişinin polis tərəfindən itələndiyi göstərilən video keçən həftə sosial şəbəkələrdə geniş paylaşılıb. Hadisənin iştirakçısı olan iki polis işçisinə qarşı hücum etmək ittihamı irəli sürülüb.
Lakin prezident Trampın sağ meylli kanal tərəfindən həmin kişinin polisin rabitə vasitəsini blok etməyə çalışdığı kimi təqdim edilən videonu bölüşməsi fikir ayrılıqlarının daha da artmasına səbəb olub. Tramp onun ANTİFA təxribatçısı olduğunu deyərək, “onun itələndiyindən ağır yıxıldığını” yazıb.

Trampın bu tviti ağ polis tərəfindən zorakılıq nəticəsində afroamerikalı kişinin ölümü ilə əlaqədar iki həftədir nümayişlərin sarsıtdığı ölkədə qəzəb və irqi-ayrıseçkilik zəminində bölünməyə səbəb olan silsilə tvitlərin sonuncusudur.

Amerika Sahibkarlıq İnstitutundan Norman Ornşteyn.

“Bu, ölkədə qarışıqlıqlara baxıb və yaraları sağaltmaq və insanları bir araya gətirməyə qadir olan prezident deyil. O öz uğurunu onu tənqid edən hər kəsə daha çox hücum etmək, bölünməni gücləndirmək və onun daha kiçik elektoratını həyəcanlandırmaqda görür.”

Bu elektorat daha da kiçilə bilər.

Son sorğulara əsasən, 2015-ci ildə 50 faizlə müqayisədə hazırda 71 faiz ağ amerikalı da daxil olmaqla, amerikalıların 76 faizi irqçilik və ayrı-seçkiliyi ABŞ-da ciddi problem olaraq görür.

Vanderbilt Universitetində sosiologiya professoru Conatan Metzl.

“Bir çox ağ amerikalı onlara üstünlük verildiyi, lakin sosial ədalət və bütün başqaları üçün dəhşətli təsirləri olan bir sistemin hissəsi olduqları kimi reallığı başa düşür.”

Son sorğuda amerikalıların 78 faizinin etirazları dəstəklədiyi və 57 faizinin afroamerikalılara ədalətsiz yanaşıla biləcəyinə inandığı göstərilir.

İnsanların münasibətində bu dəyişiklik əməldə də baş verir. Bəzi merlər polisə ayrılmış maliyyənin sosial xidmətlərə yönəldilməsinə razı olub. Bir neçə il bundan əvvəl bu, çox radikal addım kimi görünə bilərdi.

Lakin Tramp polis fondlarının kəsilməsi çağırışları və hüquq-mühafizə orqanlarında irqçiliyin kök saldığı haqda fikri qəbul etməyib.

ABŞ prezidenti Donald Tramp: “Bəzən bu yaxınlarda olduğu kimi pis şeylər görəcəyik, lakin mən deyərdim, onların 99,9, belə deyək, 99 faizi yaxşı insanlardır.”

Ağ Evin sözçüsü Trampın iqrçiliklə afroamerikalılara iqtisadi imkanların təmin edilməsi və ədliyyə sistemində islahatlar yolu ilə mübarizə apardığı bildirib.

Prezident Corc Floydun ailə üzləri ilə telefon söhbəti aparıb, lakin afroamerikalıların icması və ya nümayişçilərlə görüşməyib.

Onun rəqibi Co Bayden Floydun ailəsi və afroamerikalıların liderləri ilə görüşüb. Amerikalıların rəy sorğularında Baydenin Trampdan daha hissiyatlı olduğunu hesab etdiyini göstərməsinə baxmayaraq, Demokrat namizəd qarşısında da çətinliklər var.

Amerika Sahibkarlıq İnstitutundan Norman Ornşteyn.

“O əvvəl də olduğu kimi hüquq-mühafizə orqanlarının dəstəyini almaq və eyni zamanda polis və ölkədə polis zorakılığı ilə mübarizə aparmaq üçün ciddi transformasiya çağırışı etmək kimi nazik bir xətt üzərində yeriməlidir.”

Bayden qarışıqlıqları qınayıb və polisin maliyyələşdirilməməsinə qarşı çıxıb. O, polis sistemində islahatlara diqqət yönəldib və “sistemli irqçiliyin ləğv edilməsi üçün” fəaliyyət göstərməyə söz verib.

Xəbəri paylaş

VİDEOLAR