Tramp getdi, onun müsəlmanlara qarşı qadağaları da onunla tarixə gedir...

Tramp getdi, onun müsəlmanlara qarşı qadağaları da onunla tarixə gedir...

ABŞ-ın yeni prezidenti Cozef Bayden sələfinin bir neçə müsəlman ölkəsinin vətəndaşlarına qarşı səfərlərə və immiqrasiyaya tətbiq etdiyi qadağanı ləğv edəcək.

Az.rasthaber.com “Arabnews”a istinadla xəbər verir ki, Trampın sözügedən qərarı dünya əhalisinin 7 faizini əhatə edirdi.

Qeyd edək ki, Cozef Bayden dəfələrlə Trampı “islamofobiyanın həyasızcasına artırılmasında” ittiham etmişdi. Ötən ilin iyulundakı çıxışında Bayden müsəlman icmaların Trampın irqçi siyasətini ilk olaraq duyduqlarını demişdi.

Xatırladaq ki, 2018-ci ildə İran, Liviya, Somali, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a səfər etməsi məhdudlaşdırılıb.

Xəbəri paylaş

VİDEOLAR