Tramp gedəndən sonra bir zərbə də Zelenskidən gəldi

Tramp gedəndən sonra bir zərbə də Zelenskidən gəldi

Ukrayna prezidenti Vladimir Zelenski sabiq amerikalı həmkarı Donald Trampa bir qədər qəzəbli olduğunu etiraf edib.

Rasthaber Azərbaycan lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə öz jurnalistinin Ukrayna lideri ilə müsahibəsindən bir hissəni dərc edən “Axios” nəşri “Twitter” hesabında yazıb.

Müxbir Zelenskiyə sual verib: “Görürəm ki, Siz prezident Trampa qəzəblisiniz. Bir qədər, deyilmi?”

“Bir az” cavabını verən Zelenski bunun səbəbini açıqlamayıb.

Qeyd edək ki, müsahibənin tam versiyası yanvarın 31-də dərc ediləcək.

Xatırladaq ki, yanvarın 18-də Tramp Ukraynaya hərbi yardım göstərmək niyyətində olmadığını açıqlayıb. Bəlli olub ki, sabiq Amerika lideri dəfələrlə rəsmi şəxslərdən Kiyevə yardım etməməyi tələb edib. Buna səbəb isə ölkəyə hazırki prezident Co Baydenlə bağlı tədqiqatların başlanması üçün təzyiq göstərilməsi olub.

Xəbəri paylaş

VİDEOLAR