Tramp Boltonu axmaq adlandırdı

Tramp Boltonu axmaq adlandırdı

Tramp Ağ Evin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltonu sərt tənqid edib.

Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltonu sərt tənqid edib.

“Əgər mən o axmağa qulaq assa idim, biz çoxdan 5-ci dünya müharibəsinə sürüklənmişdik”, – deyə Tramp bildirib.

O, noyabrda ABŞ-da baş tutacaq prezident seçkilərinin tarixi əhəmiyyətinə də diqqət çəkib.

“Əgər Co Bayden seçkilərdə qalib gəlsə, mən tarixin ən pis namizədinə məğlub olmuş olacağam”, – deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, Bayden həmişəki qlobalistdir.

“Siz ki bilirsiniz, qlobalistlər artıq oyundan kənar qalıblar. Onlar bu ölkəni məhv etdilər”, – deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR