ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, hazırkı lider Co Baydenin administrasiyası dövründə Ukraynada vəziyyət daha da pisləşəcək.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, respublikaçı bu fikri cümə günü Uokeşoda tərəfdarları qarşısında çıxış edərkən səsləndirib.
Tramp bir daha Demokrat Baydeni tənqid atəşinə tutub, onun administrasiyasını rekord inflyasiya, birjaların ucuzlaşması, enerji qiymətlərinin artması və ABŞ-ın enerji müstəqilliyinin itirilməsinə görə günahlandırıb.
"Biz Əfqanıstanda həlak olan əsgərləri, Amerika vətəndaşlarını və 85 milyard dollarlıq dünyanın ən yaxşı hərbi texnikasını orasa qoyan ölkəyik", deyə keçmiş prezident bildirib.
Onun fikrincə, ABŞ Rusiyaya “Ukraynanı viran qoymağa” icazə verib və Baydenin adminstrasiyası dövründə Ukraynada vəziyyət “daha da pisləşəcək”.
"Mən sizin baş komandanınız olsaydım, heç vaxt belə olmazdı. Və mənim dövrümdə bu baş verməyib", deyə Tramp əlavə edib.