Onun sözlərinə görə, cari ilin noyabr ayındakı dövlət başçısı seçkiləri ABŞ-da keçirilən “ən təhlükəli” seçkilər olacaq.
Rasthaber Azərbaycan ABŞ prezidenti Donald Tramp bildirir ki, Demokratik Partiyanın namizədi Co Bayden prezident seçkilərində qalib gələrsə, ölkə “ikinci Venesuelaya” çevriləcək.
Onun sözlərinə görə, cari ilin noyabr ayındakı dövlət başçısı seçkiləri ABŞ-da keçirilən “ən təhlükəli” seçkilər olacaq.
“Çünki düşünmürəm ki, onlar (Demokratlar) (hakimiyyətə) gələrlərsə, biz nə zamansa geri dönə biləcəyik. İkinci Venesuela olacaq”, – deyə Tramp bildirib.
Ağ Ev başçısı qeyd edib ki, artıq buna əmindir, lakin əvvəllər hadisələrin bu cür gedişatını yalnız ehtimal edirdi.