Tokio Yay Olimpiya Oyunları pandemiyaya baxmayaraq keçiriləcək

 Tokio Yay Olimpiya Oyunları pandemiyaya baxmayaraq keçiriləcək

Tokio Yay Olimpiya Oyunlarının koronavirus pandemiyasına baxmayaraq keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Vitse-prezidenti Con Kouts Tokio Yay Olimpiya Oyunlarının koronavirus pandemiyasına baxmayaraq keçiriləcəyini bəyan edib.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, onun şərhini "Yahoo Sports" saytı yayıb.

"Olimpiada koronavirus olsa da, olmasa da keçiriləcək. O, 2021-ci il iyulun 23-də başlayacaq. Bu, COVID-19-u məğlub etmiş Oyunlar olacaq", – Kouts bildirib.

O vurğulayıb ki, ev sahibi tərəfin, yəni Yaponiyanın qarşısında təhlükəsizliyin təmin edilməsi ilə bağlı ciddi vəzifə duracaq.

Kouts əlavə edib ki, Oyunlara koronavirus ilə bağlı vəziyyətin narahatlıq doğuracağı ölkələrdən də idmançılar gələcək, lakin bu, yarışların təşkilinə mane olmamalıdır.

Xəbəri paylaş

VİDEOLAR