Tokio Olimpiya oyunlarının tamaşaçısı olmayacaq

Tokio Olimpiya oyunlarının tamaşaçısı olmayacaq

İyulda açılacaq 2020 Olimpiya Oyunlarında xarici izləyicilərin iştirakı qadağan olacaq, deyə Tokio təşkilatçıları və Beynəlxalq Olimpiya Komitəsi şənbə günü elan edib

Rasthaber VOA-ya istinadən xəbər verir ki, xaricdən gələn izləyicilərin yay oyunlarında iştirakına icazə verilməyəcəyinə dair rəsmi açıqlama Beynəlxalq Olimpiya Komitəsi, yerli təşkilatçılar, Yaponiya hökuməti, Tokio icra hakimiyyəti və Beynəlxalq Paralimpiya Komitəsindən ibarət beş-tərəfli qrupun görüşündən sonraya təsadüf edib.

“Xaricdə yaşayan və bileti olan insanlara açıqlama etmək və onları səyahət planlarını dəyişmələrinə imkan yaratmaq üçün, Yaponiya tərəfi belə bir nəticəyə gəlib ki, onlar Olimpiya və Paralimpiya Oyunları zaman Yaponiyaya daxil ola bilməyəcəklər,” Tokionun təşkilatçı komitəsi bəyanatında bildirib.

Təşkilatçılar bildirib ki, Tokio Oyunları ötən il COVID-19 pandemiyası səbəbilə təxirə salınmadan öncə oyunlara 7.8 milyon bilet var idi.

Tokio Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-ə təyin olunub, bunun ardınca isə avqustun 24-dən sentyabrın 5-nə kimi Paralimpiya Oyunları keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR