Tokayev sülhməramlıların Qazaxıstandan çıxacağı vaxtı açıqladı

Tokayev sülhməramlıların Qazaxıstandan çıxacağı vaxtı açıqladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, KTMT-nin sülhməramlı kontingenti iki gün sonra ölkədən çıxarılacaq.

"KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb, iki gün sonra KTMT birləşmiş sülhməramlı qüvvələrin mərhələli şəkildə çıxarılmasına başlayacaq. Kontingentin çıxarılma prosesi 10 gündən çox çəkməyəcək", - parlamentdə çıxış edən Tokayev bildirib.
Az.rasthaber.com "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, o əlavə edib ki, Qazaxıstanın KTMT-yə müraciət etməsi hüquqi cəhətdən əsaslandırılmışdı, əks halda Almatıya nəzarət əldən çıxA bilərdi.
"Almatıya nəzarəti itirsək, paytaxtı, sonra isə ölkəni itirə bilərdik", - prezident deyib.
Tokayev qeyd edib ki, Qazaxıstana qarşı terror müharibəsi başlamış, düşmən isə qəddarlıq nümayiş etdirmişdi.
Bu gün Qazaxıstan parlamentinin aşağı palatası həmçinin Alixan Smayılovun baş nazir postuna namizədliyini təsdiqləyib.
Tokayev baş nazirin sabiq naziri A.Smayılovun baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb.
Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR