Tokayev silahlılara xəbərdarlıq edilmədən atəş açılmasına dair əmr verdi

Tokayev silahlılara xəbərdarlıq edilmədən atəş açılmasına dair əmr verdi

Qazaxıstan Prezidentı Kasım-Jomart Tokayev ölkə əhalisinə yenidən müraciət edib.

Az.rasthaber.com "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, Tokayev müraciətində hüquq mühaifəz orqanları əməkdarlarına qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmri verib.
O, həmçinin bildirib ki, ölkəsi bütün hüquqi vandalizm aktına qarşı sərt reaksiya verəcək.
Tokayev Qazaxıstanda xüsusi qüvvələrin və avadanlıqların da çatışmazlığını qeyd edib.
Qazaxıstan prezidenti Almatı şəhərində baş verənlər barədə danışarkən qeyd edib ki, Almatıya 20 min quldur hücum edib:

“Almatıda terrorçuların fəaliyyəti nəticəsində yüzlərlə mülki vətəndaş və hərbçi xəsarət alıb, həlak olub”.

O, həmçinin qeyd edib ki, Qazaxıstanda yaraqlıların hazırlanması və onlara rəhbərlik edilməsi vahid komanda məntəqəsi tərəfindən edilib:

“Biz, həm yerli, həm də xarici silahlı və hazırlanmış quldurlarla qarşılaşmalı olduq. Məhz terrorçu-quldurlarla. Ona görə də onları məhv etmək lazımdır”.
Tokayev qeyd edib ki, Qazaxıstanda yaraqlılar silahı yerə qoymayıblar, onlara qarşı əməliyyat davam edir.
 
 

Xəbəri paylaş

VİDEOLAR