Təl-Əviv metrosunun serverlərinə kütləvi kiberhücumlar edilib

Təl-Əviv metrosunun serverlərinə kütləvi kiberhücumlar edilib

Media mənbələri bazar ertəsi Təl-Əviv metro stansiyalarının əməliyyat sistemlərinə, nəzarət monitorlarına və serverlərinə qarşı kütləvi kiberhücum edildiyini bildirib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, "Sabereen News" telegram kanalı təcili bir  xəbərdə İraq ərazisindən Təl-Əviv metro stansiyasının əməliyyat sistemlərini, nəzarət monitorlarını və serverlərini hədəfə alan kütləvi kiberhücum barədə məlumat verib.

Bu xəbərin dərcindən bir neçə dəqiqə sonra bəzi mənbələr Tel-Əviv metrosunun hələ fəaliyyətə başlamadığını bildiriblər. Görünür kiberhücum Təl-Əviv daxilində işləyən yüngül şəhər qatarlarının və metronun tikintisinə cavabdeh olan İsrail şirkətinə qarşı həyata keçirilib.

Bu, neçəinci dəfədir ki, sionist rejimin hökumət saytları və serverləri İraq ərazisindən kiberhücumlara məruz qalır. 

Xəbəri paylaş

VİDEOLAR