Qəzza zolağının Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, fələstinli uşaqlar arasında müxtəlif xəstəliklər yayılır və sakinləri hədəfə almaq üçün yeni silahlardan istifadə edilir.
Az.rasthaber.com xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin Sahə Xəstəxanaları Departamentinin direktoru Mərvan əl-Həmas deyib:
“Bu zolaqdakı uşaqlar müalicəsi olmayan müxtəlif xəstəliklərlə mübarizə aparırlar.
Qəzzada təhlükəsiz su və adekvat qidalanmanın olmaması səbəbindən uşaqlar arasında ishal və hepatitin geniş yayıldığının şahidi oluruq.
Xəstəxanalara çatdırılan yaralıların əksəriyyətinin cəsədləri tamamilə yanmışdır. Sionist rejim fələstinliləri hədəfə almaq üçün yeni silahlardan istifadə edir.
İşğalçı sionist qüvvələr Əl-Şücayə bölgəsində yaşayış məntəqələrini bombalayıb və bu hücumda azı 11 nəfər şəhid olub, 35 nəfər yaralanıb.'