Türk Hava Yollarının mətbuat xidməti məlumat yayıb
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türk Hava Yollarının mətbuat xidmətindən yayılan açıqlamada peyvəndlərin THY-nin “TK 6175” uçuş nömrəli “Boeing 777” tipli təyyarələrlə İstanbul Hava limanına gətiriləcəyi bildirilib.
Açıqlamada qeyd edilib ki, 7 konteynerdən ibarət 3 milyon doza peyvəndi gətirəcək təyyarə sabah Türkiyə vaxtıyla saat 06.10-da İstanbula çatacaq. Peyvəndlərin daha sonra THY-na məxsus başqa bir reyslə Ankaraya göndərilməsi planlaşdırılır. Fevral ayına qədər gətiriləcək peyvənd sayı 50 milyon ədədə çatacaq.
Qeyd edək ki, Səhiyyə Naziri Fahrettin Koca Bazar axşamı verdiyi açıqlamada Pekində gömrükdə Kovid-19 hadisəsi səbəbiylə işlərin müvəqqəti dayandırıldığını, bu səbəblə peyvəndlərin Türkiyəyə çatdırılmasının bir-iki gün təxirə salındığını qeyd edərkən, Prezident Rəcəb Tayyib Ərdoğan dünənki Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada Çindən satın alınan peyvəndlərin ilk hissəsinin Miladdan əvvəl ölkədə olmasının planlaşdırıldığını bildirdi.