Təhqir olunan hicablı xanım ABŞ Polisini məhkəməyə verdi

Təhqir olunan hicablı xanım ABŞ Polisini məhkəməyə verdi

ABŞ-da yaşayan müsəlman xanım polis bölməsində təhqirə məruz qaldıqdan sonra ölkənin hüquq-mühafizə orqanlarını məhkəməyə verib.

Rasthaber xəbər verir ki, İslam dinini qəbul etmiş Detroyt sakini Kora Keyv avtomobillə hərəkət edərkən polis tərəfindən saxlanılıb. Polis ona ödənməmiş cəriməsinin olduğunu desə də, Keyv həmin cəriməni ödədiyini bildirib.

Müsəlman xanımı Cenesi dairə həbsxanasına gətirərək hicabını çıxarmasını istəyibər. Kora hicabının çıxarılmasına məcbur edilərək polislər tərəfindən təhqirə məruz qalıb.

“Mən özümü elə hiss etdim ki, sanki məni çox pis ələ salıblar, təhqir ediblər”, – deyə müsəlman xanım bildirib.

Yeri gəlmişkən qeyd edək ki, sonradan bəlli olub ki, Keyv həqiqətən də həmin cəriməni ödəyib.

Dairə prokuroru Cenesi Debid Leyton deyib ki, ədliyyə orqanları müsəlman xanımın məhkəmə şikayətinə ən ciddi şəkildə yanaşacaqlar.

Xəbəri paylaş

VİDEOLAR