"Təhlükəsizliyimiz hədəf alınarsa, sionistlərə ağır zərbə vuracağıq"

İran Silahlı Qüvvələrinin vitse-prezidenti və müşaviri general Seyid Yəhya Səfəvi İran İslam Respublikasının təhlükəsizliyinin hədəf alınacağı təqdirdə Tehranın sionistlərə ağır zərbə vuracağını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin baş katibinin müavini və müşaviri Yəmən xalqının təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına qarşı səkkiz illik müqavimətini təqdir edərək, İran İslam Respublikasının özünü sionist rejim qarşısında müdafiə edəcəyini bildirib.

General Seyid Yəhya Səfəvi əl-Məsirə xəbər agentliyinə bildirib:

"Biz sionistləri izləyirik. Onların Ərbildəki qərargahını hədəfə aldığımız kimi, təhlükəsizliyimizi təhdid etdikləri yerdə onlara güclü zərbə vuracağıq".

İran İnqilabı Keşikçiləri Korpusunun rəis müavini general Əli Fədavi də oxşar bəyanatla çıxış edib.

O, müqavimətin bu gün Yəmən, Fələstin, Livan və Suriyada gücünün zirvədə olduğunu qeyd edib və ABŞ qoşunlarının bölgədən çıxarılmasının qaçılmaz hədəf olduğunu və amerikalıların geri çəkilməyə başladığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR