The Guardian: Putin Qərb sanksiyaları fonunda daha da güclənib

The Guardian: Putin Qərb sanksiyaları fonunda daha da güclənib

Qərb dövlətlərinin Moskvaya qarşı apardığı iqtisadi müharibə əks nəticə verdi, Rusiya prezidenti Vladimir Putin gücləndi.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. 

Məqalənin müəllifi Saymon Cenkinsin fikrincə, anti-Rusiya sanksiyaları yaxın tarixdə ən düşünülməmiş və məhsuldar olmayan qərar olub. 

"Putini daha da gücləndirdilər: Rusiya Asiya ölkələrinə ixracını artırdı, bu da onun tədiyyə balansında görünməmiş profisitə səbəb oldu, rubl bu il yanvar ayından təxminən 50% bahalaşaraq ən güclü dünya valyutalarından birinə çevrildi", deyə müəllif qeyd edir. 

Bununla yanaşı, Cenkins Qərb ölkələrinin tənəzzülə sürükləndiyinə diqqət çəkib.

"Qeyri-müəyyənlik Böyük Britaniya, Fransa, İtaliya və ABŞ-a yayılıb", deyə Cenkins vurğulayıb. 

Xəbəri paylaş

VİDEOLAR