Terrorçuların lideri etiraf etdi: İsveç hökuməti bizi himayə edir

Terrorçuların lideri etiraf etdi: İsveç hökuməti bizi himayə edir

«Əl-Əhvaziyyə» terror qruplaşmasının başçısı öz məhkəmə prosesində etiraf edibdir ki, İsveçin hökuməti və təhlükəsizlik rəsmiləri onu himayə edirlər.

Az.rasthaber.com xəbər verir ki, Həbib Asyudun məhkəmə prosesində dediyinə görə, İsveçin hökuməti və təhlükəsizlik rəsmiləri ona bir aparat veriblər, təhlükə hiss edərkən onun düyməsini bassın ki, İsveç hökumətinin təhlükəsizlik məmurlarına verdiyi xəbərdarlıqla onlar hər yerdə olursa-olsun, onu qurtarmış olsunlar.

Həbib Asyud 2005-ci ildən MOSSAD və Ərəbistanın xəfiyyə orqanı da daxil olmaqla kəşfiyyat və casusluq xidmətlərinin və İsveç hökumətinin çətri və himayələri altında öz terror fəaliyyətlərinə başlayıb.

Asyudun başçılıq etdiyi «Əl-Əhvaziyyə» terror qruplaşması təkcə 2005-ci ildə on terror əməliyyatı keçiribdir ki, bu da xeyli sayda iranlının şəhadətinə bais olubdur.

Xəbəri paylaş

VİDEOLAR