Bu barədə yerli mənbədən məlumat verilib.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, Hələbin şimalında yüzlərlə zeytun ağacı terrorçular tərəfindən kəsilib.
Bildirilib ki, terrorçular Kəbaşində 300-dən çox, Cəndərisdə təxminən 330 və Ramdanda da 190-dan çox ağacı kəsib.
Bundan başqa, terrorçular Afrin şəhərində dinc insanların evlərini ələ keçirərək terrorçuların ailələrini oraya yerləşdirməyə davam edirlər.