Terrorçular İdlib və Hələb əyalətlərində Suriya hərbçilərinə hücum ediblər.
Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, bu barədə Suriyakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbər müavini Oleq Juravlyov bəyan edib.
Hələb əyalətində (terrorçuların) snayper atəşi nəticəsində 1 suriyalı hərbçi həlak olub və 3-ü yaralanıb, həmçinin 1 dinc sakin də xəsarət alıb.
İdlibdə də törədilmiş snayper hücumu zamanı 1 suriyalı hərbi qulluqçu həyatını itirib, 3-ü isə yaralanıb.