Teleqraf: İran İsrailin 5 hərbi bazasını vurub, amma...

Teleqraf: İran İsrailin 5 hərbi bazasını vurub, amma...

İsrail ordusu və kabineti hələ də İranla son müharibədə dəymiş zərərlərin detalları barədə açıqlama verməkdən imtina etdiyi halda, Britaniyanın bir qəzeti İran raketlərinin İsraildə 5 hərbi obyektə birbaşa dəyməyini ifşa edərək, İsrailin tətbiq etdiyi senzuranın üstünü açdı.

Az.rasthaber.com xəbər verir ki, məlumatlara görə, daha öncə açıqlanmamış beş hərbi obyekt İranın altı raketi ilə İsrailin şimalı, cənubu və mərkəzində hədəfə alınıb. Bu obyektlər arasında bir böyük hərbi hava bazası, bir kəşfiyyat mərkəzi və bir logistik baza da var.


Qəzetin yazdığına görə, İsrail ordusu dəymiş zərərlə bağlı suallardan yayınaraq yalnız bu bəyanatı verib: «Biz raketlərin nə qədərinin tutulduğu və ya bazalara dəyən zərərlə bağlı açıqlama vermirik. Bildirə biləcəyimiz yeganə şey odur ki, bütün aidiyyəti bölmələr əməliyyat zamanı fəaliyyətlərini davam etdirə bildilər».

Xəbəri paylaş

VİDEOLAR