Bundan başqa, “Telegram”-ın yüklənmə sayının artmasına “WhatsApp”-ın məxfilik siyasətindəki dəyişiklik də təsir edib.
Rasthaber Azərbaycan “The Telegraph”-a istinadən xəbər verir ki, “Parler” tətbiqinin bloklanmasının fonunda “Telegram” mesenceri ABŞ-da yüklənmə sayına görə ikinci yerdə qərarlaşıb.
Qeyd edilir ki, hazırkı Ağ Ev başçısı Donald Trampın tərəfdarları sözügedən bloklanmadan sonra “Parler”-dən “Telegram”-a keçməyə başlayıblar.
Bundan başqa, “Telegram”-ın yüklənmə sayının artmasına “WhatsApp”-ın məxfilik siyasətindəki dəyişiklik də təsir edib.
“Sensor Tower” şirkətinin məlumatlarına əsasən, 6-10 yanvar aralığında “Telegram” təxminən 545 min dəfə yüklənilib. Bu, bir həftə öncənin analoji göstəriciləri ilə müqayisədə təxminən 3 dəfə çoxdur.
Xatırladaq ki, Tramp tərəfdarlarını cəmləyən “Parler” yoxolma təhlükəsi ilə üz-üzə qalıb. “Apple”, “Google” və “Amazon” kimi şirkətlər onunla əməkdaşlıqdan imtina edib. Onların fikrincə, “Parler” istifadəçiləri platformada zorakılıq çağırışları edirlər.