Tel-Əvivdə avtobus parkında partlayış olub

Tel-Əvivdə avtobus parkında partlayış olub

Dünən axşam saatlarında Təl-Əvivin cənub ətraflarında avtobus parklarında boş avtobuslarda üç partlayış baş verib.

Az.rasthaber.com xəbər verir ki, partlayışlarda xəsarət alan olmasa da, sionist İsrail polisi Təl-Əviv bölgəsində bir neçə yerdə şübhəli əşyalar tapdığını bildirib.

Sionist İsrail Baş Nazirinin dəftərxanasının yaydığı bəyanatda bildirilib ki, “Avtobuslara qarşı törədilən silsilə kütləvi terror hücumlarından sonra” baş nazir Benyamin Netanyahu müdafiə naziri, baş qərargah rəisi, ümumi təhlükəsizlik xidmətinin rəhbəri və polis rəisi ilə vəziyyəti dəyərləndirib.

Bildirilib ki, görüşdən sonra Netanyahu qatil İsrail ordusuna İordan çayının qərb sahilində böyük əməliyyat keçirmək əmrini verib.

Xəbəri paylaş

VİDEOLAR