Tehranın İmam cüməsi İŞİD, məmurlar və Zəkzakidən danışdı

Tehranın İmam cüməsi İŞİD, məmurlar və Zəkzakidən danışdı

Qərbi Assiyada son durumu dəyərləndirən imam cümə, ümumbəşəri müstəkbirlərin bölgədəki cinayətlərindən danışıb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu həftə Tehranın cümə namazının xətibi Ayətullah İmami Kaşani olub.

Qərbi Assiyada son durumu dəyərləndirən imam cümə, ümumbəşəri müstəkbirlərin bölgədəki cinayətlərindən danışıb.

O “ABŞ və İsrail bölgəyə hakim olmaq üçün terror qruplaşması İŞİD-i yaratdılar. Terrorçuların büdcəsi isə Ali Səud tərəfindən təmin edildi. Onlar böıgəyə hökm etmək məqsədilə çox sayda cinayət işləyib insanları qətlə yetirdilər.”, -deyə bildirib.

Ayətullah Kaşani İmeprializm və Sionizmin İslam ölkələri özəlliklə İran üçün layihələr hazırladıqlarını ifadə edərək “Ölkədəki rəsmilər düşmənin pis planlarına qarşı diqqətli olmalıdırlar.”, -deyə əlavə edib.

Ölkə problemlərindən danışan İmam cümə, Ayətullah Xameneinin dəfələrlə yerli qaynaqlara dayanaraq İranın öz ayaqları üstündə durmasından da danışıb.

Daha sonra Ayətullah Kaşani deyib: “Bu gün hamımız vəzifəmizi bilməyimiz lazımdır. İran xalqı birləşməli və öz ayaqları üstündə durmalıdır.”

Tehranın İmam cüməsi Nigeriya İslami Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin son durumuna da işarə edərək “Nigeriyalı böyük alim Şeyx Zəkzaki ağır br şəkildə yaralanmasına və acı çəkməsinə baxmayaraq, yenə də həbsə məhkum edildi. İslam dünyası Şeyx Zəkzakinin azad olunması üçün hərəkətə keçməlidirlər.”, -deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR