Tehranda tələbələrdən məzlum yəmənlilərə dəstək aksiyası

Tehranda tələbələrdən məzlum yəmənlilərə dəstək aksiyası

Bu gün Tehran Universitetinin bir qrup tələbəsi BMT-nin Tehrandakı nümayəndəliyi qarşısında aksiya keçirib.

Az.rasthaber.com AZƏRTAC-a istinadən xəbər verir ki, aksiyada yerli tələbələrlə yanaşı, universitetdə təhsil alan xarici tələbələr də iştirak ediblər.

Aksiya iştirakçıları BMT-dən Yəməndə hərbi əməliyyatların dayandırılmasını tələb ediblər.

Aksiyada iştirakçıları birdiriblər ki, Yəməndə davam edən hərbi əməliyyatlar zamanı 16 min günahsız insan həlak olub, 1 milyona yaxın yəmənli isə doğma evini tərk etmək məcburiyyətində qalaraq qaçqın vəziyyətinə düşüb.

Aksiyaçılar yazılı tələblərini BMT-nin Tehrandakı nümayəndəliyinin əməkdaşına təqdim ediblər.

Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.

Xəbəri paylaş

VİDEOLAR