Tehran imam cüməsi: ABŞ qarətçilik röyasındadır, lakin bu, heç vaxt çin olmayacaq

Tehran imam cüməsi: ABŞ qarətçilik röyasındadır, lakin bu, heç vaxt çin olmayacaq

Tehranın müvəqqəti imam cüməsi Vyana müzakirələrinə işarə ilə qeyd edib ki, ABŞ-ın İrana qarşı bütün sanksiyaları tam və həmişəlik olaraq ləğv etməlidir.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Ayətullah Seyid Əhməd Xatəmi Tehranın buhəftəki cümə namazı xütbələrindəki çıxışında belə deyib: Amerika müzakirə deyil, qarətçilik ardıncadır. Onlar qarətçilik röyasındadırlar, amma bu, heç vaxt çin olmamış və olmayacaq bir röyadır.

Xatəmi həmçinin Yəməndəki insan faciəsinə işarə ilə deyib: Ərəbistan daima Yəməni bombalayır. Təəssüflə görürük ki, beynəlxalq islami təşkilatlar daxil olmaqla beynəlxalq təşkilatlar bu cinayət qarşısında dərin sükuta dalıblar.

Xəbəri paylaş

VİDEOLAR