Təbrizin Traktor futbol klubu İran kubokunun qalibi oldu - VİDEO

Təbrizin Traktor futbol klubu İran  kubokunun qalibi oldu - VİDEO

Bu, İranın həzfi kubokunda dünyanın ən çox tərəfdarı olan türk komandası kimi tanınan Traktorun ikinci çempionluğudur.

Rasthaber Azərbaycan xəbər verir ki, Təbrizin ‘Traktor Sazi’ komandası bu gün sentyabrın 3-də Məşhəd şəhərində keçirilən İranın ‘həzfi’ kubukonun final oyununda Tehranın İstiqlal komandasını 3-2 hesabı ilə məğlub edərək İran milli kobukonun qalibi olub.

Bu, İranın həzfi kubokunda dünyanın ən çox tərəfdarı olan türk komandası kimi tanınan Traktorun ikinci çempionluğudur.

Traktor paytaxt Tehranın iki əsas komandasından biri olan İstiqlal üzərində qələbə qazanaraq çempion olmaqla birlikdə Asiya Çempionlar Liqasında iştirak hüququ qazanıb. Klubun Türkiyə və Azərbaycan Respublikasında da xeyli azarkeşi var. Traktor komandası Türkiyə mediasında “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edilir.

Xəbəri paylaş

VİDEOLAR