O Tehranın İmam Hüseyn(ə) xəstəxanasında dünyasını dəyişib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Xobreqan Məclisi, Ruhaniyyət camiəsinin mərkəzi şurası və İran İslam Respublikası quruluşunun məsləhət şurasının üzvü Ayətullah Möhsin Müctəhid-Şəbüstəri infarkt nəticəsində vəfat edib.
Məlumata əsasən, Ayətullah Müctəhid-Şəbüstəri Tehranın İmam Hüseyn(ə) xəstəxanasında dünyasını dəyişib.
Mərhum Ayətullah Müctəhid-Şəbüstəri Vəliyyi Fəqihin İranın Şərqi Azərbaycan vilayətində nümayəndəsi və Təbrizin imamcüməsi kimi də fəaliyyət göstərib.