Saxlanılan şəxslər kirayəyə götürdükləri avtomobillərin 'katalizator'larını sökərək satırlarmış
Rasthaber Azərbaycan 24news.ge-yə istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 3 nəfər saxlanılıb.
Bu barədə Gürcüstan DİN məlumat yayıb.
Məlumata əsasən, saxlanılan şəxslər kirayəyə götürdükləri avtomobillərin 'katalizator'larını sökərək satırlarmış.
Bildirilib ki, gözaltına alınan 1993-cü il təvəllüdlü S.İ, 1996-cı il doğumlu A.A və 2000-ci ildə anadan olmuş Q.Q-dır.
Təqsirli bilinən şəxsləri 4 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.