TAYDER Yəmən üçün Ramazan ayında yardım kampaniyası başladıb

TAYDER Yəmən üçün Ramazan ayında yardım kampaniyası başladıb

Məzlum Yəmən xalqı Ramazan ayında sizdən gələcək yardımları gözləyir.

Sevdiyiniz şeylərdən Allah yolunda xərcləmədikcə heç vaxt yaxşılığa nail ola bilməzsiniz. Siz nə xərcləsəniz, Allah onu yaxşı bilir. (Ali İmran - 92)

Bu Ramazanda yəmənli bacı və qardaşlarımızın yanındayıq.

Ramazan ayında edəcəyiniz ianələrlə yəmənli qardaşlarımızın iftar süfrələrinə töhfə verməklə Ramazan ayının bərəkətini ehtiyacı olan Yəmən xalqı ilə bölüşürük.

Qida paketləri üçün heç bir məbləğ müəyyən edilməyib və bütün yardımlar birləşdirilərək Yəmən Bunyan Təşkilatı vasitəsilə aclıqdan əziyyət çəkən yəmənli qardaş və bacılarımıza çatdırılacaq.

Yardım kampaniyasına dəstək olmaq üçün TAYDER ilə əlaqə saxlayın.

TAYDER: 0537 051 80 57 

Hamza Gök: 0533 383 30 19

 

Xəbəri paylaş

VİDEOLAR