TAYDER-in Mehdiliklə bağlı vebinarı keçirildi

TAYDER-in Mehdiliklə bağlı vebinarı keçirildi

Tayder "Nəsildən nəsilə Mehdilik" adlı vebinar təşkil edib.

İmam Zamanın mübark mövludu münasibətilə TAYDER-in vebinarında Əhlibeyt alimi Şeyx Səbahətdin Türkyılmaz Mehdilik inancı ilə bağlı çıxış edib.

Çıxışı zamanı Mehdilik inancının zamanımızın insanlarına necə anladılması mövzusunu dəyərləndirib.

Şeyx Səbahətdin Mehdilik inancının nəsilləri 3 kriteriyaya ayırdığını bildirib. Əqli kriteriya, elmi kriteriya və iman kriteriyası Mehdilik inancının nəsillərini təşkil etdiyini qeyd edən Şeyx Səbahətdin Türkyılmaz əqli təkamülün insanlıq var olduğundan bəri inkişaf etdiyini vurğulayıb. Elmi kriteriyanın inkişafının insan oğlunun İlahi elmə çatana qədər davam edəcəyini qeyd edən Şeyx Səbahətdin imani təkamülün keçmişdə olduğu kimi indi də var olduğunu önə çəkib.

Şeyx Türkyılmaz sonra deyib: “İnsanın təkümülü vəliyullaha doğrudur, insan oğlu bu 3 kriteriyaya görə vəliyullaha doğru gedirsə, təkamülə doğru gedir deməkdir. Ən mükəmməl məsil budur. İmam Əlinin yanında yer alan şəxs imamı tanıyıbsa, yaxın olubsa mükəmməldir. Günümüzdə insan bu 3 kriteriyaya sahibdirsə İmam zaman nəslindəndir. Qərb nəsil düşüncəsində bağ yoxdur, mehdilik inancında bağ-rabtə vardır. İmamın qeybətindən günümüzə gələn nəsillər arasında rabitə vardır. Bu rabitə varsa bizimyüz illər öncə yaşayan müsəlmanlarla rabitəmiz vardir.

İmam Sadiq (ə) buyurur: “Uşaqları öz zamanınıza görə yetişdirməyin, onlar gələcək nəslin uşaqlarıdır, əqli və imanı baxımdan sizdən öndə olmalıdır.”

 Şeyx bəşəri cəmiyyətlərin Mehdilik inancına ehtiyacı varmı, sualını ətraflı bir şəkildə cavablandıraraq çıxışını tamamlayıb.

Xəbəri paylaş

VİDEOLAR