Tanzaniya prezidentinin ölüm xəbəri təsdiqləndi

Tanzaniya prezidentinin ölüm xəbəri təsdiqləndi

Tanzaniyanın iki həftədir harada olduğu bilinməyən prezidenti Con Maqufilinin öldüyü məlum olub.

Prezidentin   ölüm  xəbərini   vitse-prezident  Samia Suluhu Hassan  yayıb. 

Vitse-prezident  Hassan dövlət telekanalındakı  çıxışında "cəsur liderimizi itirdik”  deyərək  61 yaşlı Prezident Con Maqufulinin öldüyünü   və   həmin  münasibət ilə   ölkədə 14 gün  matəm  elan  edildiyini   bildirib.  

Qeyd edək ki, sosial mediada onun yoxa çıxması ilə bağlı müxtəlif iddialar səsləndirilib.

İddiaya görə, afrikalı lider Keniyadakı Nairobi Xəstəxanasına müalicə üçün gətirilib, ancaq xəstənin adı rəsmi səviyyədə təsdiqlənmədiyi üçün açıqlanmayıb.

Xatırladaq ki, Tanzaniyada koronavirus pandemiyası olmadığını irəli sürən prezident yüksək vəzifəli şəxslərin ard-arda ölməsindən sonra xalqı təlaşa qapılmamağa çağırmışdı.

Koronavirusa qarşı heç bir tədbir almayan, qatıldığı tədbirlərdə maskasız görüntülənən prezident virusa qarşı meyvə yeməyi məsləhət görürdü.

O, xalqa nəfəs almada problem yaşayan zaman üç gün dua etməyi tövsiyə etmişdi

Xəbəri paylaş

VİDEOLAR