Tanınmış müctehid Ayətullah Seyid Məhəmməd Sadiq Ruhani vəfat edib

Tanınmış müctehid Ayətullah Seyid Məhəmməd Sadiq Ruhani vəfat edib

Qum dini mədrəsəsinin alimlərindən olan Ayətullah Seyid Məhəmməd Sadiq Ruhani cümə günü axşam Haqqın rəhmətinə qovuşub.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Ayətullah Ruhaninin dəftərxanasından verilən açıqlamada bildirilib.

Ərəb və fars dillərində onlarla əsəri olan Ayətullah Sadiq Ruhani 14 yaşında müəllimlərinin təsdiqi ilə ictihad səviyyəsinə çatıb.

Ayətullah Ruhani İranın tanınmış alimlərindən olan böyük fəqih Ayətullah Xoyinin tələbələrindən olub.

Ayətullah Seyid Muhəmməd Sadiq Ruhaninin ən mühüm əsərlərindən biri Fiqh-i Sadiqdir.

Xəbəri paylaş

VİDEOLAR