Tanınmış fətullahçı məhkəməyə zirehli texnika ilə gətirildi - VİDEO

Tanınmış fətullahçı məhkəməyə zirehli texnika ilə gətirildi - VİDEO

İyul ayının ilk həftəsində Qırğızıstanda yaxalanıb Türkiyəyə gətirilən Orhan İnandı adlı fətullahçı məhkəməyə zirehli texnika ilə gətirildi

İyulun 6-da MİT tərəfindən bir əməliyyatla Qırğızıstanda yaxalanıb gətirilən FETÖ terror qruplaşmasının "açar"larından olan  Orhan İnandı məhkəməyə zirehli texnika gətirilib, bir neçə zirehli texnika isə müşaiyət edib.

Rasthaber Azərbaycan xəbər verir ki, ona qarşı 15 iyul çevrilişə cəhd, həmçinin terror qruplaşmasına üzv olmaq ittihamları ilə 15 ildən 22.5 il həbs cəzası istənilir.

 FETÖ-nun Orta Asiya məsulu olduğu bildirilən Orhan İnandı qruplaşmanın liderlərilə əlaqədə olduğu, "Sapat" adlı təlim mərkəzi vasitəsilə qruplaşmaya xidmət etdiyi, ByLock tətbiqi ilə digər fətullahçılarla əlaqə saxladığı, həmçinin xaricə qaçan terror qruplaşmasının üzvlərinin xaricdə vətəndaşlıq almasına kömək etdiyi bildirilir.

Xəbəri paylaş

VİDEOLAR