Taliban hərəkatının həzarələrdən olan yeganə lideri Mövləvi Mehdi gizli şəkildə İrana gedən zaman öldürülüb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Taliban hökumətinin Müdafiə Nazirliyinin mətbuat katibi İnayətulla Xarəzmi tvitter səhifəsində açıqlama verib.
İddia edilib ki, Mövləvi Mehdi İrana qaçan zaman öldürülüb.
Qeyd edək ki, Talibanın Bəlxab və Sərpol əyaləti üzrə nümayəndəsi (Bamyan üzrə sabiq valisi) həzarə əsilli Mövləvi Mehdi iki ay öncə Talibanın formalaşdırdığı hökumətə və onun siyasətinə etiraz əlaməti olaraq üsyana qalxmışdı.
Taliban hərəkatı əyalətə böyük qüvvə göndərərək, qısa bir zaman ərzində bölgəni nəzarətə götürmüşdü.