Əfqanıstanda hakimiyyət talibanın nəzarətinə keçdikdən sonra beynəlxalq yardımın kəsilməsi və ehtiyatların dondurulmasına etiraz məqsədi ilə paytaxt Kabildə aksiya keçirilib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Kabilin Əbdülhak qovşağında toplaşan 600-ə yaxın adam əllərində plakatlar ilə şüarlar səsləndirərək, işğal dövründə Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfirlik kimi istifadə etdiyi binasının yerləşdiyi əraziyə yürüş edib. Taliban lehinə şüarlar səsləndirən nümayişçilər ABŞ və beynəlxalq ictimaiyyətin ölkəyə yardımı kəsməsinə və ehtiyatları dondurmasına reaksiya verib. Hamısı kişi olan nümayişçilər: “Pulumuz haqqımızdır, İnsanlar aclığa qarşı səsini ucaldır, dondurulmuş pulumuzu qaytarın, dünya Əfqanıstanda humanitar fəlakətmi istəyir, niyə pulumuzu qaytarmırsınız?, BMT və insan haqları təşkilatları nə üçün bizə məhəl qoymurlar?, Amerikaya ölüm, Əfqan xalqı iqtisadi təzyiqlərə boyun əyməyəcək, şəklində şuarlar səsləndiriblər. Əllərində sözmövzusu şuarlar yazılmış pankartlar götürüblər.
Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, qış aylarında Əfqanıstanda 22,8 milyon insan ciddi ərzaq çatışmazlığı ilə üzləşə bilər. Taliban rəsmiləri isə Əfqanıstana beynəlxalq yardımın yenidən bərpasını tələb edirlər.