“Taliban” Türkiyə ilə yaxşı münasibətlərin qurulmasında maraqlıdır.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə “Taliban”-ın qurduğu müvəqqəti hökumətin XİN başçısı müavini Əmirxan Müttəqi bildirib.
Onun sözlərinə görə, Əfqanıstanın hazırkı rəhbərliyi Türkiyə rəsmiləri ilə kontaktdadır.
“Biz Türkiyədən Əfqanıstanın xalqının dəstəklənməsini və infrastruktur işlərində, ilk növbədə də, Kabil hava limanının rekonstruksiyasında yardımını gözləyirik. Biz Türkiyə ilə bu məsələlər üzrə əlaqədəyik. Bizim danışıqlarımız yaxın zamanda başa çata bilər”, – deyə Müttəqi qeyd edib.
O, Türkiyə hökumətinin fəaliyyətini yüksək qiymətləndirib.