Talibandan sülh müzakirələri üçün ŞƏRT

Talibandan sülh müzakirələri üçün ŞƏRT

Rəsmi məlumatlara görə, hazırda Əfqanıstanda 2500 ABŞ əsgəri var.

Rashaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, tTalibanın Qətərdəki Siyasi Bürosunun sözçüsü Muhamməd Naim Vardak sosial media hesabından bu barədə yaydığı açıqlamada atılası bütün addımlara dair qərarlarını məsləhətləşmədən sonra qəbul etdiklərinə diqqət çəkib və xarici qüvvələr ölkədən çıxana dək Əfqanıstanla bağlı heç bir iclasda iştirak etmiyəcəklərini vurğulayıb.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi, 24 aprel - 4 may tarixlərində Türkiyə, Qətər və Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsində Əfqanıstan İslam Respublikası və Taliban nümayəndələrinin iştirakı ilə İstanbulda yüksək səviyyəli və əhatəli iclas keçiriləcəyini bildirib.

Amerika Birləşmiş Ştatları (ABŞ) rəhbərliyindən yayılan açıqlamada isə Prezident Co Baydenin ciddi bir araşdırma prosesindən sonra ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması və Əfqanıstandakı müharibənin sona çatdırılması qərarına qəldiyi, bu çərçivədə əsgərlirin ölkədən çıxarılması prosesinin 1 Maydan əvvəl başlayacağı qeyd edilib.

 Rəsmi məlumatlara görə, hazırda Əfqanıstanda 2500 ABŞ əsgəri var.

Xəbəri paylaş

VİDEOLAR