Taliban XİN başçısınin vəkili Türkiyəyə səfər edəcək

Taliban XİN başçısınin vəkili Türkiyəyə səfər edəcək

Əfqanıstandakı Taliban hökumətinin xarici işlər nazirinin vəkili Əmir Xan Muttaki bu gün Türkiyəyə səfər edəcək.

Rasthaber trthaber-ə istinadən xəbər verir ki, Muttakinin başçılıq etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Dohadakı təmaslarını tamamlayaraq Türkiyəyə yola düşüb.

Günortadan sonra Türkiyəyə  çatması gözlənilən Muttaki  səfəri çərçivəsində bəzi Türk səlahiyyətlilər ilə görüşəcək.

O dünən də Qətərdə qərbli diplomatlar ilə  bir araya gəlib.

Görüş zamanı Əfqanıstan hökumətini zəiflətməyin heç kimin xeyrinə olmayacağını, belə bir  mövqeyi  yaratmağın mənfi təsirləri olacağını, bunun bütün dünyada təhlükəsizliyə, iqtisadiyyata və miqrasiyaya birbaşa təsir edəcəyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR