Az.rasthaber.com “İnterfaks”-a istinadən xəbər verir ki, “Taliban”-ın Əfqanıstanda qurduğu müvəqqəti hökumət bir sıra KİV-lərdə Əfqanıstan-Türkmənistan sərhədində silahlı toqquşmanın baş verməsinə dair şayiələri təkzib edib.
“Əfqanıstan və Türkmənistan arasında sərhəd mübahisəsinə dair xəbərlər həqiqəti əks etdirmir”, - deyə Əfqanıstan XİN-in mətbuat katibi Əbdül Qəhhar Bəlxi bildirib.
“Bizimlə qonşumuz Türkmənistan arasnda problem yoxdur. Və biz dost ölkələrlə və dünyanın bütün ölkələri ilə diplomatik kanallar vasitəsi ilə yaxşı və müsbət münasibətlərə sahib olmaq istəyirik”, - deyə o qeyd edib.
Türkmənistanın Kabildəki səfirliyi də yayılan xəbərləri əsassız adlandırıb.
“Türkmənistan öz neytrallığını nəzərə alaraq Əfqanıstanla mehriban qonşuluq və mehriban iradəni davam etdirir”, - deyə səfirlikdən bildirilib.