Zəbihulla Mücahidin anası ilə vida mərasimi keçirilən zaman baş verib.
Rasthaber Azərbaycan xəbər verir ki, ötən gün Kabildəki İdgah məscidinin yaxınlığında partlayış törədilib.
Terror aktı ölkənin müvəqqəti hökumətinin rəsmisi Zəbihulla Mücahidin anası ilə vida mərasimi keçirilən zaman baş verib.
Qeyd edilib ki, terror hücumunun hədəfində Əfqanıstanın müvəqqəti hökumətinin nazirləri və rəsmiləri, həmçinin “Taliban” rəhbərliyinin üzvləri olub.
Partlayış nəticəsində 12 nəfər həyatın itirib, 32 nəfər isə yaralanıb. Ölən və yaralananlar arasında dinc sakinlər də var.