Taliban hökumətinin qüvvələri ötən həftə İran səfirliyinə və konsulluğuna edilən hücumdan sonra ərazidə yenidən toplaşmaq istəyənləri saxlayıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Kabildəki mənbələr məlumat veriblər.
Bildirilib ki, Albaniyada İrana müxalif olan qüvvələr tərəfindən idarə edildiyi deyilən şəxslərin İranın Kabildəki səfirliyi qarşısında yenidən toplaşmasının qarşısı alınıb.
Əlavə edilib ki, Taliban ötən həftə İranın Həratda konsulluğuna hücum edənlərdən bir qismini də müəyyənləşdirdikdən sonra onları istintaqa cəlb edib.
Xatırladaq ki, Məşhəddə İmam Rzanın hərəmində radikal sələfi fikirli bir əfqanıstanlı tərəfindən iki din xadiminin qətlə yetirilməsindən sonra, İranda əfqanıstanlı miqrantlara qarşı zorakılığı əks etdirən görüntülər yayılıb. Bunun ardından İranın Kabil və Həratdakı diplomatik nümayəndəlikləri qarşısında aksiyalar və iğtişaşlar zamanı səfirlik və konsulluğun binalarına ziyan dəyib. İranın Taliban hökumətindən açıqlama istəməsindən sonra iğtişaşçılara qarşı addımlar atılıb.