Taliban qətlə yetirdiyi xəzəriləri “üsyançı” adlandırıb

Taliban qətlə yetirdiyi xəzəriləri “üsyançı” adlandırıb

Əfqanıstanın Taliban höküməti Daykundi əyalətində qətlə yetirdiyi 3-ü uşaq, 8 xəzəri şiəsinin “üsyançı” olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, iki gün əvvəl baş vermiş bu qətliam sosial şəbəkələrdə yayılmasından sonra, Əfqanıstanın Taliban höküməti açıqlama verib – məlumatı “Shafaqna”nın Əfqanıstan bölməsi yayıb.

Açıqlamada bu “əməliyyat”ın Daykundi əyalətinin Nili şəhərinin Siyuk kəndində silahlılara qarşı olduğu qeyd edilib.

Talibanın “daxili işlər nazirliyi”nin sözcüsü Əbdül Nafi Takur bu açıqlamanı video vasitəsilə yayıb.

Xəbəri paylaş

VİDEOLAR