Taliban: İranla münasibətlərimizin korlanmasını istəmirik

Taliban: İranla münasibətlərimizin korlanmasını istəmirik

İran-Əfqanıstan sərhədindəki son gərginlikdən sonra Taliban hökumət rəsmisi Kabilin İranla münasibətlərinin pisləşməsini istəmədiyini və sərhəddə vəziyyətin normal olduğunu vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, Taliban hökumətinin Xarici İşlər Nazirliyinin sözçünün müavini Hafiz Ziya Əhməd “Arab News” telekanalına müsahibəsində deyib: "Taliban İranla münasibətlərinin pisləşməsini istəmir."

O, bu barədə deyib: Qonşu ölkələrlə münasibətlərimizin korlanmasını istəmirik. Bütün qonşu dövlətlərdən, o cümlədən İrandan xahişimiz budur ki, bu məsələləri diplomatik kanallarla həll etsinlər.

Taliban hökumətinin bu rəsmisi “indiki vəziyyətin normal olduğunu” vurğulayıb və Əfqanıstan İslam Əmirliyi heç vaxt gərginliyi artırmağa çalışmadığını deyib.

Xəbəri paylaş

VİDEOLAR