Taliban hökumətinə müxalif qüvvələr Vyanada toplantı keçirir

Taliban hökumətinə müxalif qüvvələr Vyanada toplantı keçirir

Başda Əfqanıstanın Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud olmaqla Talibana müxalif qüvvələrin nümayəndələri Vyanada bir araya gəliblər.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Vyanada Talibana qarşı olan siyasi qüvvələrin təmsilçilərinin iştirakı ilə Əfqanıstandakı mövcud vəziyyət və Talibana qarşı müqaviməti nəzərdən keçirmək üçün toplantı keçirilib.

Bu görüş cümə axşamı günü səhər (14 sentyabr) başlayıb və 30-a yaxın siyasi xadim burada iştirak edir.

Əhməd Məsud, Milli Müqavimət Cəbhəsinin lideri və Əfqanıstanın keçmiş hökumətinin bir sıra rəsmiləri, o cümlədən Rangin Dadfar Sapanta, Zalmi Rəsul, Rahmatullah Nəbil, Fövfiyyə Kufi, Nəzif Şəhrani, Sah Gül Rezaei, Mirveys Bəlxi, Təyyib Cavad, Mansur Naderi, Sükriyyə Barakzai, Hüseyn Yasa və Talibana müxalif olan bəzi digər siyasi xadimlər iştirak edir.

BBC-yə məlumat verən mənbə konfransın medianın iştirakı olmadan keçiriləcəyini və görüşün məqsədinin Əfqanıstanın gələcəyini və Əfqanıstanda Taliban hakimiyyətinə qarşı “siyasi və hərbi müqaviməti” müzakirə etmək olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR