Taliban Əfqanıstanda qadınlar üçün universitet təhsilini qadağan edib

Taliban Əfqanıstanda qadınlar üçün universitet təhsilini qadağan edib

Taliban qadınların Əfqanıstan universitetlərində təhsil almasına qadağa qoyduğunu elan edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Taliban hökumətinin Ali Təhsil Nazirliyinin sözçüsü Ziyaullah Haşimi öz Twitter hesabında yazıb.

O, dövlət və özəl universitetləri qadınlar üçün təhsili qadağan etməyə çağıran rəsmi məktub paylaşıb.

Məktubda deyilir ki, "Qadınların Əfqanıstanda özəl və dövlət universitetlərində təlim-təhsil alması qadağandır.”

Məktubda, universitetlərdən “qadağanın tez bir zamanda həyata keçirilməsi və tətbiq ediləcəyi təqdirdə nazirliyə məlumat verilməsi” tələb olunub.

Xəbəri paylaş

VİDEOLAR