Taliban Əfqanıstanın Qor və Uruzqan vilayətlərində iki rayona nəzarəti ələ keçirib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Qor valisi Əbdül Zahir Faizzadə bu barədə açıqlama verib.
Vali qeyd edib ki, Taliban silahlıların Qor vilayətinin Şahrek qəsəbəsinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin rayon mərkəzindən çıxmaları ilə rayona nəzarət Talibanın əlinə keçib.
Faizzadə bildirib ki, rayona nəzarəti geri almaq üçün əməliyyat hazırlıqları aparılır.
Uruzqan icra kakimiyyətinin sözçüsü Ömər Şirzad da qeyd edib ki, Taliban silahlılar Gizab qəsəbəsinə hücum edərək rayon mərkəzinə nəzarəti ələ keçiriblər.
Talibandan yayılan açıqlamada isə Gizab qəsəbəsinə hücum zamanı 65 təhlükəsizlik işçisinin silahlılara təslim olduğu irəli sürülüb.